Saakaşvilidən Azərbaycana növbəti dəstək: Separatçılığı dəstəkləyən istənilən gürcü Gürcüstana qarşıdır

Saakaşvilidən Azərbaycana növbəti dəstək: Separatçılığı dəstəkləyən istənilən gürcü Gürcüstana qarşıdır

“Mən Gürcüstanın övladı, Ukraynanın vətəndaşıyam. Həm gürcülər, həm də ukraynalıların ərazi bütövlüyü prinsipini dəstəkləməmələri mümkün deyil”.

Rasthaber xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili “Facebook” səhifəsində yerləşdirdiyi videomüraciətində deyib.

Onun sözlərinə görə, separatçılığı dəstəkləmək qeyri-mümkündür: “Etnik mənsubiyyətindən asılı olmayaraq separatçılığı dəstəkləyən istənilən gürcü Gürcüstana qarşıdır. Ukrayna hökumətinin də bildirdiyi kimi və mənim də dəfələrlə dediyim kimi biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”. /Report/

Xəbəri paylaş

VİDEOLAR