Saakaşvili: Ukraynanı qaçılmaz iqtisadi müsibət gözləyir

Saakaşvili: Ukraynanı qaçılmaz iqtisadi müsibət gözləyir

"Ukrayna iqtisadiyyatı hazırda böyük faciəyə doğru hərəkət edir".

Az.rasthaber.com “Ukraina 24” telekanalına istinadən xəbər verir ki, Gürcüstanın sabiq prezidenti, Ukrayna İcraiyyə İslahat Komitəsinin başçısı Mixail Saakaşvili bildirib ki, Ukrayna iqtisadiyyatını yaxın zamanda qaçılmaz fəlakət gözləyir, növbəti ilin əvvəlindən isə sosial ödənişlərlə bağlı problemlər əmələ gələcək.

Ukrayna iqtisadiyyatı hazırda böyük faciəyə doğru hərəkət edir. Ukraynanın üzərinə olduqca güclü büdcə böhranı yaxınlaşır, gələn ildən başlayaraq Ukraynanın əmək haqqı və təqaüdlərin ödənişləri ilə bağlı problemləri olacaq”, - deyə o, qeyd edib.

Saakaşvili deyib ki, Beynəlxalq Valyuta Fondu ilə müqavilənin imzalanması böhranı sadəcə bir neçə aylıq təxirə salacaq.

Elementar sosial öhdəliklər və maaşların ödənişləri ilə bağlı böyük problemlər olacaq. Belə bir şey Ukraynada 1990-cı illərdən bəri olmayıb”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, bu vəziyyətdə Ukrayna hökuməti “ya nəsə etməlidir, ya da ölkə var-yoxdan çıxacaq.

Üstəlik Saakaşvili bildirib ki, məlum vəziyyət Ukrayna hökumətinin praktiki olaraq işləmədiyi və “sanki parallel dünyada mövcud olduğu” və “gözü bağlı şəkildə” uçuruma getdiyi bir şəraitdə inkişaf edir.

Xəbəri paylaş

VİDEOLAR