Müqtəda əs-Sədrin bloku İraq parlamentində koalisiyanın yaradılması istiqamətində digər partiyalarla danışıqlar aparır.
Az.rasthaber.com TASS-a istinadən xəbər verir ki, müzakirələr ölkədə hökumətin formalaşdırılma imkanının əldə edilməsi üçün aparılır.
Bildirilir ki, əs-Sədr siyasi danışıqlar üçün Bağdada gəlib.
“Bizim hərəkatımız güclü və işqabiliyyətli siyasi koalisiya formalaşdırır. Və o, hökumət qurmaq hüququ əldə edəcək”, - deyə hərəkatın lideri Riyad əl-Məsudi bəyan edib.
O əlavə edib ki, qarşıdan gələn dövr üçün konkret strateji və metodoloji planlaları olan əs-Sədr bloku hökumətin qurulmasında əvvəlki mexanizmlərdən istifadə etməyəcək.