Suriyada terrorçuluqla mübarizə aparan qəhrəmanlara – “Qüds” xüsusi qüvvələrinin komandanı general Qasim Süleymani və Sepah hərbi müşaviri Möhsün Haciyə abidələr qoyulacaq.
Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, bu barədə Suriyadakı hərbi əməliyyatın iştirakçısı – zabit Yevgeni Qonçarov bildirib.
Qonçarovun başçılığı altındakı rusiyalı qrup Suriyada terrorçuluqla mübarizə qəhrəmanlarına abidənin inşası ideyasını həyata keçirir.
O deyib ki, abidə 2022-ci ildə Suriyanın Həma əyalətində tikiləcək.
Qonçarov bildirib ki, tikilinin divarında bir neçə qəhrəmanın, o cümlədən də general Süleymani və Möhsün Höcəcinin simaları oyma üsulu ilə həkk ediləcək.