Rusiyaya məxsus gəmi batdı

Rusiyaya məxsus gəmi batdı

Bu barədə Rusiya FHN məlumat verib.

Rasthaber Azərbaycan Vesti-yə istinadən xəbər verir ki, Barens dənizində Rusiyaya məxsus “Oneqa” gəmisi batıb.

Bu barədə Rusiya FHN məlumat verib.

Gəminin göyərtəsində 19 nəfər olub. Digər gəmidən olan həmkarları onlardan ikisini xilas edib, xəsarət alanların vəziyyəti qənaət-bəxşdir.

Daha 17 nəfər isə itkin düşmüş hesab edilir. İlkin məlumatlara görə, onlar həlak olublar.

İnsident bu gün səhər saatlarında Barens dənizinin su hövzəsində Yeni Torpaq yaxınlığında baş verib.

İlkin məlumatlara görə, “Oneqa” buzlanmaya görə batıb. Gəmidəki xilasedici siqnal üzgəci işə düşüb.

Məsələ ilə bağlı cinayət işi başladılıb.

Xəbəri paylaş

VİDEOLAR