Rusiyanın Nyu-Yorkdakı Baş konsulluğuna hücum

Rusiyanın Nyu-Yorkdakı Baş konsulluğuna hücum

Naməlum şəxs Rusiyanın Nyu-Yorkdakı Baş konsulluğunu 10-16 avqust tarixlərində daşa tutub.

Rasthaber Azərbaycan TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın diplomatik missiyası məlumat yayıb.

Bildirilir ki, hücum edən şəxs 10 avqustda tutulsa da, həmin gündəcə sərbəst buraxılıb. Bundan sonra o, qanunsuz hərəkətlərini davam etdirib.

“Bu, 10 avqustda başlayıb. Naməlum kişi konsulluğumuzun xidməti dayanacağındakı avtomobillərə daş atmağa başlayıb. Demək olar ki, bu insidentlər hər gün davam edib”, – deyə bildirilib.

Hücumlar 16 avqustda bitib. Naməlum şəxs nəqliyyat vasitəsinə və darvazaya ziyan vurub. Bundan başqa, o, Baş konsulluğun əməkdaşlarının ünvanlarına təhdidlər səsləndirib və ziyarətçiləri ölümlə hədələyib.

“O, bunları qışqırırdı: “Mən sizi güllələyəcəm” və “Mən sizi öldürəcəyəm”, – deyə qeyd edilib.

Ən son məlumata görə, hücum edən şəxsin kimliyi müəyyən edilib; o, 34 yaşlı Reza Maşayexidir. O, məhkəməyə çağırılıb.

Xəbəri paylaş

VİDEOLAR