10.04.2021 15:10:02
Ölən şəxsin Rusiya vətəndaşı olduğu qeyd edilir.
Türkiyənin Konya vilayətində turistləri aparan avtobusun dərəyə aşması nəticəsində bir nəfər həlak olub, 35 nəfər yaralanıb.
Rasthaberin xəbərinə görə, hadisə Konya-Aksaray şosesinin 17-ci kilometrliyində baş verib.
Avtobusun Antalyadan Kapadokyaya getmək üçün yola çıxdığı önə çəkilir.
Ölən şəxsin Rusiya vətəndaşı olduğu qeyd edilir.