Rusiyalı müftü: İranla qardaşlıq əlaqələrinə böyük əhəmiyyət veririk

Rusiyalı müftü: İranla qardaşlıq əlaqələrinə böyük əhəmiyyət veririk

Rusiya Federasiyası (RF) Müsəlmanların Dini İdarəsi (MDİ) sədri müftü Şeyx Ravil Qaynutdin bildirib ki, Rusiya müsəlmanları Rusiya və İran prezidentlərinin müntəzəm görüşlərini, həmçinin iranlı həmkarları ilə qardaş əlaqələrini dəyərləndirir.

Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, Qaynutdin İranın Rusiyadakı səfiri Kazım Cəlali ilə görüşdə qeyd edib ki, son illər ərzində Rusiya və İran başçıları arasında möhkəm və etibarlı münasibətlər qurulub.

O deyib ki, ölkələr arasında yaxşı əlaqələrin qurulması üçün Rusiyanın Müftülər Şurası və Müsəlmanların Dini İdarəsi İran ruhaniyyəti ilə qardaşlıq əlaqələri qurub.

Rusiya müsəlmanları ilə İran xalqı arasındakı mədəni oxşarlıqlara toxunan Qaynutdin mədəni və dini əlaqələrin davam və inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR