Rusiyadan Türkiyənin Qarabağ danışıqlarında mümkün iştirakı haqda açıqlama

Rusiyadan Türkiyənin Qarabağ danışıqlarında mümkün iştirakı haqda açıqlama

Peskov Qarabağ danışıqlarında Türkiyənin iştirak imkanını qiymətləndirib.

Rasthaber Azərbaycan  RT-a istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov Qarabağ danışıqlarında Türkiyənin iştirak imkanını qiymətləndirib.

“Burada təkcə iki tərəfin nöqteyi-nəzəri mühümdür, vuruşan ölkələrin – Azərbaycan və Ermənistanın (fikirləri)”, – deyə o, danışıqların növbəti raunduna Türkiyənin də cəlb edilməsi imkanı məsələsini şərh edərkən bildirib.

Peskov qeyd edib ki, yalnız bu iki ölkə bu və ya digər dövlətin həll prosesində iştirakına razılıq verə və ya istəyə bilər.

Xəbəri paylaş

VİDEOLAR