Rusiyadan İsrailin Suriyaya son hücumu ilə bağlı açıqlama

Rusiyadan İsrailin Suriyaya son hücumu ilə bağlı açıqlama

Rusiya Suriya ordusunun Rusiya istehsalı olan Pantsir-S1 və S-75 sistemləri ilə 2 İsrail raketini və 7 idarə olunan təyyarə bombasını məhv etdiyini bildirib.

Az.rasthaber.com xəbər verir ki, Rusiyanın Suriyadakı Tərəflərin Uzlaşdırma Mərkəzinin rəhbərinin müavini Oleq Yeqorov mətbuat konfransında bildirib:

"Avqustun 25-i saat 19.16-19.30 radələrində İsrailə məxsus 4 ədəd F-16 taktiki təyyarəsi Aralıq dənizinin şərq hissəsindən Masyafda Suriya Elm və Araşdırma Mərkəzinin yerləşdiyi əraziyə 4 qanadlı raket və 16 idarə olunan təyyarə bombası ilə zərbə endirib.

Suriya ordusunun hava hücumundan müdafiə bölmələri Rusiya istehsalı olan Pantsir-S1 və S-75 sistemlərindən 2 raket və 7 idarə olunan təyyarə bombasını məhv edib".

Qeyd olunub ki, sionist rejimin hava hücumu nəticəsində Suriya Elm və Araşdırma Mərkəzinin xüsusi avadanlıq anbarlarına ziyan dəyib.

Xəbəri paylaş

VİDEOLAR