Bir gün ərzində 2186 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınan Rusiyada Pasxa mərasimlərinə məhdudiyyətlər tətbiq edilib.
Rasthaber Azərbaycan Voa-ya istinadən xəbər verir ki, Moskva və digər regionlar bağlansa da, vurusa yoluxma halları 15 770, ölənlərin sayı isə 13 nəfərdir.
Rusiyanın Pravoslav kilsəsi aprelin 19-da qeyd ediləcək Pasxa bayramı günü kilsələrin böyük kütlələrə bağlı saxlanmasına göstəriş verib.
Moskvada ərzaq, dərman alışı, müalicə və ya itlərin gəzdirilməsi üçün evdən çıxmaq kimi hallardan başqa insanların küçələrə çıxmasına qadağa qoyulub.
Baş nazir müavini Tatyana Qolikova bildirib ki, 9 may qələbə gününədək virus yayılmaqda davam etsə, məhdidiyyətlər qüvvədə saxlanılacaq.
“Dissiplinli olsaq, özümüz və tövsiyələri dinləsək, bu vəziyyətdən uğurla çıxa bilərik. Yaya qədər biri-birimizin əllərini sıxa bilərik” - deyə, Qolikova televiziya müsahibəsi zamanı bildirib.