19.02.2021 12:57:25
Rusiyada koronavirusa yoluxanların sayı 4,13 milyonu keçib.
Rusiyada koronavirusa yoluxanların sayı 4,13 milyonu keçib.
Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 13 433 nəfər virusa yoluxub, 470 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 4 139 031 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 82 396 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 3 679 949 şəxs virusdan sağalıb, 376 686 nəfərin müalicəsi isə davam edir.