Rusiyada hərbi aerodroma PUA hücumu nəticəsində 4 İl-76 təyyarəsi zədələnib

Rusiyada hərbi aerodroma PUA hücumu nəticəsində 4 İl-76 təyyarəsi zədələnib

Rusiyanın Pskov vilayətində hərbi aerodromda pilotsuz təyyarənin hücumu nəticəsində dörd İl-76 təyyarəsi zədələnib.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Pskov vilayətinin qubernatoru Mixail Vedernikov öz Telegram kanalında Pskov hava limanına pilotsuz təyyarə ilə hücumu təsdiqləyib.

“Müdafiə Nazirliyi pilotsuz təyyarələrin Pskov hava limanına hücumunun qarşısını alır. Hadisə başlayandan şəxsən mən hadisə yerində olmuşam”, - deyə vilayət rəhbəri açıqlamasında bildirib.

Qeyd edək ki, Pskov şəhəri Ukrayna sərhədindən təxminən 700 km məsafədə yerləşir.

Xəbəri paylaş

VİDEOLAR