Rusiyada Facebook və Twitter-ə giriş bloklandı - SƏBƏB

Rusiyada Facebook və Twitter-ə giriş bloklandı - SƏBƏB

Moskva ABŞ sosial şəbəkələrini Rusiya mediasına senzura tətbiq etməkdə və Rusiya vətəndaşlarının insan hüquqlarını pozmaqda ittiham edir.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Rusiyanın Rabitə və Kütləvi İnformasiya Vasitələrinə nəzarət orqanı "Roskomnadzor" cümə günü verdiyi bəyanatda Twitter və Facebook-a girişi, bu şəbəkələrin Rusiya mediasına qarşı tətbiq etdiyi məhdudiyyətlərə cavab olaraq, kəsdiyini bildirib.

Bəyanata görə, 2020-ci ilin oktyabr ayından etibarən Facebook tərəfindən Rusiya mediasına qarşı 26 ayrı-seçkilik halı qeydə alınıb.

Son günlər Facebook, "Zvezda" telekanalı, "RİA Novosti" , "Sputnik" və "Russia Today" xəbər agentlikləri, həmçinin "Lenta.ru" və "Gazeta.ru" informasiya resurslarının hesablarına girişi məhdudlaşdırıb.

Facebook sosial şəbəkəsi şənbə günü bildirib ki, Rusiya dövlət mediasının bu platformadan pul qazanması yollarını bağlayıb.

Xəbəri paylaş

VİDEOLAR