Rusiyada 19 yük vaqonu relsdən çıxıb

Rusiyada 19 yük vaqonu relsdən çıxıb

Rusiyanın Ryazan vilayətində icazəsiz şəxslərin müdaxiləsi nəticəsində 19 yük vaqonu relsdən çıxıb.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Moskva Dəmir Yollarının mətbuat xidməti məlumat yayıb.

Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsi bildirib ki, hadisə nəticəsində qatarların sürücüsü və onun köməkçisi xəsarət alıb.

Xəbəri paylaş

VİDEOLAR