Rusiya Yehovanın Şahidlərinin 200 üzvünü terrorçu elan etdi

Rusiya Yehovanın Şahidlərinin  200 üzvünü terrorçu elan etdi

Rusiyanın hüquq-mühafizə orqanları Yehovanın Şahidləri adı ilə tanınan sektanın 200-dən çox üzvünü ekstremistlər və terrorçuların siyahısına əlavə edib.

Rasthaber Azərbaycan Voa-ya istinadən xəbər verir ki, sektaya qarşı bu təqib nəticəsində onların ölkənin maliyyə sistemi ilə əlaqəsi tamamilə kəsilib. Belə ki, siyahıda adı olan şəxslərin bank hesabları dondurulur və hər hansı maliyyə transzaksiyalarına ciddi məhdudiyyətlər tətbiq olunur.

Rusiya Yehovanın Şahidlərini rəsmi olaraq 2017-ci ildə qadağan edərək, qrupu ekstremist təşkilat elan edib. Kremlin müxalif fəallara və dini azlıqları təqib etmək üçün qeyri-müəyyən ekstremizm qanunlarından istifadə edib.
2017-ci ildən bəri qrupun yüzlərlə üzvü eydlər, həbslər və mühakimələrlə üzləşib. Təşkilatın iyirmi dörd üzvünə qarşı ittihamlar irəli sürülüb, onlardan doqquzu həbs cəzasına məhkum edilib, 300-dən çox insan üzərində isə hazırda cinayət istintaqı aparılır.

Yehovanın Şahidləri bildiriblər ki, qara siyahıya salınmış şəxsləri çoxu hələ ki, məhkum edilməsə də, istintaq altındadır.

Yehovanın Şahidlərinin ABŞ-da yerləşən baş qərargahının nümayəndəsi Carrod Lopes cümə günü bildirib ki, Rusiyanın hüququ-mühafizə orqanları dini qrupun üzvlərini "təhqir edir və onların ən sadə ehtiyaclarını ödəmələrinin qarşısını alır".

"Aydındır ki, Rusiya dözümsüz Sovet sələfləri kimi, Yehovanın Şahidlərini amansız şəkildə təqib etməklə tarixin ən qaranlıq dövrünü bərpa edib" deyə o bildirib.

Rusiyanın maliyyə kəşfiyyatı agentliyinin Rosfinmonitoring vebsaytında yerləşdirilən reyestrdə hazırda 9500-dən çox insanın adı nvar. Siyahıdakı şəxslərin hər hansısa bir təşkilata mənsubiyyəti barədə məlumat yazılmasa da, Associated Press xəbər agentliyi siyahıda ən azı 25 nəfərin Yehovanın Şahidləri icmasına aid olduğunu müəyyənləşdirib.

Rusyia Prezidenti Vladimir Putin məsələni nəzarətə götürəcəyini bildirsə də, qrup üzvlərinə qarşı təqiblər davam edir.

"Yehovanın Şahidləri də xristiandırlar. Buna görə də onların nə üçün təqib edildiyini başa düşmürəm" - deyə, Putin 2018-ci ildə İnsan Hüquqları Şurası ilə görüşdə bildirib.

Xəbəri paylaş

VİDEOLAR