Bu, Lavrovun 2012-ci il fevralından sonra Suriyaya etdiyi ilk səfərdir.
Rasthaber Azərbaycan xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dəməşqə gəlib.
Onun olduğu təyyarə Suriya paytaxtındakı beynəlxalq hava limanına eniş edib.
Rusiyalı nazir burada Suriya prezidenti Bəşər Əsəd və suriyalı həmkarı Valid Müəllimlə görüş keçirəcək.
Bu, Lavrovun 2012-ci il fevralından sonra Suriyaya etdiyi ilk səfərdir.
Rusiya nümayəndə heyətinə Rusiya Baş nazirinin müavini Yuriy Borisov, Rusiya prezidentinin Afrika və Yaxın Şərq ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya XİN başçısının müavini Mixail Boqdanov da var.