Rusiya: Xarkovda diversiya-kəşfiyyat qrupu məhv edilib

Rusiya: Xarkovda diversiya-kəşfiyyat qrupu məhv edilib

Rusiya hərbçiləri Xarkov yaxınlığında beş ukraynalı diversantı məhv edib və daha on nəfəri əsir götürüb.

Az.rasthaber.com Sputnik-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Kiyevdən ezam olunmuş 241-ci ərazi müdafiə briqadasının 242-ci batalyonunun diversiya-kəşfiyyat qrupu Xarkov vilayətinin Dementyevka qəsəbəsi ərazisində məhv edilib”, – deyə məlumatda bildirilir.
Nazirlik həmçinin Nikolayevdə Ukrayna Silahlı Qüvvələrinin Kaxovka qrupundan 350-dən çox hərbi qulluqçusu və 20 hərbi texnikasının məhv edildiyini açıqlayıb.
Daha əvvəl Müdafiə Nazirliyi leytenant İslam Tuquşevdən ibarət dəstənin Ukrayna Silahlı Qüvvələrinin mövqelərində 25 Ukrayna əsgərini necə məhv etdiyini və gizli sənədləri ələ keçirə bildiyini açıqlamışdı.

Xəbəri paylaş

VİDEOLAR