Rusiya və Türkiyə taxıl tədarükü barədə razılığa gəliblər

Rusiya və Türkiyə taxıl tədarükü barədə razılığa gəliblər

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bəyan edib ki, Rusiya və Türkiyə 1 milyon ton taxıl tədarükü ilə bağlı razılığa gəliblər.

Az.rasthaber.com xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Qruşko Rusiya və Türkiyənin 1 milyon ton taxıl tədarükü ilə bağlı razılığa gəldiyini açıqlayıb.

Qruşko açıqlamasında bildirib:

"Bütün əsas razılaşmalar əldə olunub. Göndərmə proqramının bütün texniki aspektləri ilə məşğul olmaq üçün tezliklə bütün tərəflərlə görüşəcəyimizə ümid edirik".

Tərəflərin daha bir neçə məsələyə toxunacağını bildirən Qruşko deyib:

"Bunlar logistika, maliyyə, marşrutlar, təyinat ölkələri, miqdarlar və daha çox şeydir".

Xəbəri paylaş

VİDEOLAR