Rusiya və Türkiyə hərbçiləri birgə təlim keçdi

Rusiya və Türkiyə hərbçiləri birgə təlim keçdi

İki ölkə hərbçilərinin ilk birgə təlimi 31 avqustda baş tutub.

Rasthaber Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiya hərbi polisi və Türkiyə hərbi qulluqçuları terrorçuların məhv edilməsi, zədələnmiş texnikanın təxliyyəsi və yaralılara yardım üzrə Suriyada birgə təlim keçiriblər.

Bu barədə Suriyadakı Düşmən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin başçısının müavini kontr-admiral Aleksandr Qrinkeviç məlumat verib.

O deyib ki, iki ölkə hərbçilərinin ilk birgə təlimi 31 avqustda baş tutub.

Xəbəri paylaş

VİDEOLAR