Bu barədə Rusiya Silahlı Qüvvələrinin “Tartus” bazasındakı rəisi kontr-admiral Vladimir Kondratov məlumat verib.
Rasthaber TASS-a istinadən xəbər verir ki, 500-dən çox rusiyalı və suriyalı hərbçi, həmçinin hər iki ölkə donanmasının 11 gəmi və döyüş kateri Suriyanın Banias limanındakı hərbi təlimlərdə iştirak edib.
Bu barədə Rusiya Silahlı Qüvvələrinin “Tartus” bazasındakı rəisi kontr-admiral Vladimir Kondratov məlumat verib.
“Bu gün (20 avqust – red.) biz birgə taktiki təlimlərin keçirilməsini başa vurduq. (Təlimlərdə) 11 gəmi və döyüş kateri, vertolyotlar, dalğıc mütəxəssisləri dəstələri, rabitəçi dəstələri, tüstü buraxma mütəxəssisləri – ümumilikdə 500-dən çox Rusiya və Suriya Ərəb Respublikası hərbi qulluqçusu iştirak edib”, – deyə o bildirib.
Kondratov əlavə edib ki, təlimlər dənizdə, su altında, havada və quruda keçirilib.
Onun sözlərinə görə, təlim məqsədinə nail olunub.
Suriya Hərbi Dəniz Qüvvələrinin (HDQ) və Sahil Müdafiəsinin (SM) komandanı vitse-admiral Yasir əl-Xəfi isə öz növbəsində deyib ki, Banias limanındakı təlimlərdə diversantların üzə çıxarılması zamanı qarşılıqlı əlaqə məşq edilib.
“Məhv edilmə üçün həm suüstü, həm də dalğıc dəstələri tətbiq edilib. Bu təlimlər Banias limanının müdafiəsinin hazırlıq dövrəsinə daxildir”, – deyə o qeyd edib.