Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, dekabrın 7-də Moskvada keçirilən yüksək səviyyəli Rusiya-İran danışıqları zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi kontekstində regional və ikitərəfli gündəliyin bir sıra aktual məsələləri müzakirə edilib.
Nazirlər həmçinin, qarşıdakı təmasların qrafikini də razılaşdırıblar.