Rusiya və İran XİN başçıları arasında nüvə sazişi ilə bağlı müzakirə

Rusiya və İran XİN başçıları arasında nüvə sazişi ilə bağlı müzakirə

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub.

Az.rasthaber.com “Report”-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Telefon söhbəti zamanı tərəflər Vyanada aparılan danışıqlar kontekstində İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) ətrafında vəziyyəti müzakirə ediblər.

Nazirlər sözügedən planın tezliklə bərpa olunmasının lehinə çıxış ediblər.

Xəbəri paylaş

VİDEOLAR