Rusiya və İran hərbi təlimlərə başladı

Rusiya və İran hərbi təlimlərə başladı

Bu barədə Rusiyanın Tehranda səfirliyinin mətbuat-attaşesi Maksim Suslov məlumat verib.

Rasthaber Azərbaycan TASS-a istinadən xəbər verir ki, İran və Rusiyanın Hind okeanının şimal hissəsində keçirməli olduğu hərbi-dəniz təlimləri bu gün start götürdü.

Bu barədə Rusiyanın Tehranda səfirliyinin mətbuat-attaşesi Maksim Suslov məlumat verib.

“Təlimlər bu gün başlayıb. Biz bunu təsdiq edirik”, – deyə o qeyd edib.

Qeyd edək ki, hərbi manevrlərin 16 fevralda başlayacağı gözlənilirdi.

Xatırladaq ki, 2019-cu ilin dekabr ayının sonunda Hind okeanı və Oman körfəzində İran, Rusiya və Çinin birgə hərbi-dəniz təlimləri keçirilmişdi. Manevrlər 4 gün davam edib.

Xəbəri paylaş

VİDEOLAR