Rusiya və Fələstin prezidentləri Vladimir Putin və Mahmud Abbas arasında telefon danışığı baş tutub.
Az.rasthaber.com RİA-istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.
Tərəflər ikitərəli qarşılıqlı əlaqələr və Yaxın Şərq probleminin yoluna qoyulması məsələləri üzrə fikir mübadiləsi aparıblar.
“Hər iki tərəf beynəlxalq vasitəçilər “kvartetinin” himayəsi ilə konstruktiv Fələstin-İsrail danışıqlarının tezliklə bərpa edilməsi zərurətini yenidən vurğulayıb”, - deyə qeyd edilib.