Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Moskvada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernslə görüşüb.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Amerika tərəfinin təşəbbüsü ilə keçirilən görüşdə S. Narışkin və U. Berns Rusiya və ABŞ-ın beynəlxalq terrorçuluğa qarşı mübarizədə əməkdaşlığını müzakirə ediblər.
Görüşdə əsas diqqət beynəlxalq terrorizmlə mübarizəyə, Rusiya-ABŞ münasibətləri kontekstində qurumlararası əməkdaşlıq məsələlərinə yönəldilib.