Rusiyanın döyüş təyyarələri və raket qüvvələri Ukraynanın daha 81 hərbi obyektini vurub.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
"Rusiya Hava Kosmik Qüvvələrinin operativ-taktiki aviasiyası və raket qoşunları Ukraynanın 81 hərbi obyektini vurub. Onların arasında iki komanda məntəqəsi, bir “Osa” zenit raket kompleksi, üç reaktiv yaylım atəşi qurğusu, həmçinin 9 dayaq məntəqəsi və Ukrayna hərbi texnikasının cəmləşdiyi 59 ərazi var”,- Rusiya MN sözçüsü vurğulayıb.