Rusiya Ukrayna ərazisindən Avropaya neft daşınmasının qismən dayandırıldığını açıqlayıb

Rusiya Ukrayna ərazisindən Avropaya neft daşınmasının qismən dayandırıldığını açıqlayıb

Rusiyanın "Transneft" şirkəti Ukrayna ərazilərindən Avropaya neft daşınmasının qismən dayandırıldığını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, “Transneft”in Rusiyanın TASS xəbər agentliyinə verdiyi açıqlamada Ukrayna üzərindən Avropaya neft daşıyan Drujba xəttində daşınmanın qismən dayandığı bildirilib.

Açıqlamada Macarıstana daşımaların tamamilə dayandırıldığı, Slovakiyadakı neft anbarları sayəsində Çexiya və Slovakiyaya daşımaların davam etdiyi bildirilib.

Xatırladaq ki, Ukrayna texniki səbəblərə görə noyabrın 15-də Drujba vasitəsilə daşımaları tamamilə dayandırıb, ertəsi gün isə onu bərpa edib.

Xəbəri paylaş

VİDEOLAR