Agentliyin müfəttişlərinin Zaporojye elektrik stansiyasına səfəri ərəfəsində Ukrayna ordusu bu bölgəyə hücumlarını gücləndirib.
Az.rasthaber.com "İslamTimes"a istinadən xəbər verir ki, Zaporojye AES-nın yaxınlığında yerləşən Enrodar vilayətinin komandanlığı bu gün öz teleqram kanalında xəbərdarlıq edərək deyib ki, Kiyev hərbi qüvvələri Zaporojye elektrik stansiyasına hücumlarını davam etdirməklə MAQATE müfəttişlərinin zavoda səfər etmək missiyasını qəsdən dayandırmağa çalışır.
Rəsmilərin bildirdiyinə görə, Ukrayna əsgərləri AES ətrafını növbəti dəfə ağır artilleriyadan atəşə tutaraq işlənmiş yanacaq anbarı binası yaxınlığında xəsarətlərə yol açıblar.
Komandanlıq hücumların davam etməkdə olduğunu deyib.