Rusiya, Türkiyə və İran yaxın zamanda Astana formatında Suriya ilə bağlı növbəti görüş keçirməyə hazır olduqlarını bəyan edib.
Rasthaber xəbər verir ki, bu barədə Türkiyə XİN-in Cenevrədəki məsləhətləşmələrin nəticələri ilə bağlı yaydığı birgə bəyanatda deyilir.
“Mümkün qədər tez bir zamanda Astana formatında Suriya ilə bağlı növbəti beynəlxalq görüşün keçirilməsi qətiyyəti təsdiq edilib. (Tərəflər) terrorçuluğun bütün formaları və təzahürləri və Suriyanın suverenlik və ərazi bütövlüyünə ziyan vura biləcək separatçı gündəlik ilə mübarizədəki, həmçinin qonşu ölkələrin milli təhlükəsizliklərindəki qətiyyətlərini təsdiq ediblər. Onlar həmçinin İŞİD, “Nusra Cəbhəsi”, “Əl-Qaidə” kimi terror qruplaşmalarının və onlarla bağlı olub BMT tərəfindən terrorçu kimi tanınan başqa qruplaşmalarının tam məhvi üçün əməkdaşlığı davam etdirməklə bağlı razılığa gəliblər”, – deyə rəsmi məlumatda bildirilib.
Rusiya, Türkiyə və İran ABŞ və Suriya kürdləri arasındakı neft sazişini, “İsrailin Suriyaya hərbi hücumlarını”, həmçinin “pandemiya fonunda qəbul edilmiş birtərəfli sanksiyaları” pisləyiblər.