Rusiya səfiri İran XİN-ə çağırılıb

Rusiya səfiri İran XİN-ə çağırılıb

Rusiyanın Tehrandakı səfiri Rusiya və Fars Körfəzi Əməkdaşlıq Şurası ölkələrinin xarici işlər nazirləri arasında keçirilən 6-cı Strateji Dialoq Görüşünün birgə bəyanatından sonra İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Az.rasthaber.com xəbər verir ki, Rusiya və Fars Körfəzi Əməkdaşlıq Şurası ölkələrinin xarici işlər nazirləri arasında Əbu Musa, Böyük və Kiçik Tünb adalarına dair 6-cı Strateji Dialoq Görüşünün birgə bəyanatından sonra İran Xarici İşlər Nazirliyinə çağırılan Rusiyanın Tehrandakı səfirinə İranın etirazları çatdırılıb.

Bu görüşdə Əbu Musa Böyük və Kiçik Tünb adalarının əbədi olaraq İrana aid olduğunu vurğulayaraq, Rusiyadan bu mövzuda yanaşmasını düzəltməsi istənilib.

İranın ərazi bütövlüyünə hörmət edilməli olduğunu vurğulayan Rusiyanın Tehrandakı səfiri Tehranın etirazlarını Moskvaya çatdıracağını bəyan edib.

Xəbəri paylaş

VİDEOLAR