Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Rasthaber Azərbaycan RT-a istinadən xəbər verir ki, Rusiya sülhməramlılarının Qarabağda mühasirəyə alınmasına dair məlumat həqiqətə uyğun deyil.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
“Dağlıq Qarabağda Rusiya Sülhməramlı Qüvvələrinin tərəflərdən biri tərəfindən guya mühasirəyə alınması ilə bağlı məlumat həqiqətə uyğun deyil”, – deyə qeyd edilib.
Xatırladaq ki, daha öncə işğalçı Ermənistan rejiminin baş naziri Nikol Paşinyan rusiyalı sülhməramlıların Hadrutda Azərbaycan qoşunları tərəfindən mühasirəyə alındığını iddia etmişdi.