Rusiya Federasiyası Silahlı Qüvvələrinin (SQ) ştat sayı artırılacaq.
Az.rasthaber.com rus mediasına istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bununla bağlı müvafiq fərmana imza atıb.
Belə ki, say 2 209 130 nəfərədək, o cümlədən də 1 320 000 hərbi qulluqçuyadək artırılacaq.
Xatırladaq ki, 2022-ci ilin avqust ayındakı əvvəlki göstərişlə ştat say 2 039 758 nəfər, o cümlədən də 1 150 628 hərbi qulluqçu olaraq müəyyən edilmişdi.
Rusiya Müdafiə Nazirliyindən qeyd edilib ki, bununla bağlı, ordunun sayı 170 min hərbçi artırılacaq.