26.02.2022 10:32:54
Rusiya hərbçiləri Ukraynanın Melitopol şəhərini ələ keçiriblər.
Az.rasthaber.com "Report"-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
"Fevralın 25-də axşam saatlarında Azov (Ukrayna) qəsəbəsi ərazisinə dəniz desant qüvvələrinin hücumundan sonra Rusiya hərbi bölmələri Melitopola daxil oldu", - məlumatda deyilir.