Rusiya mülki təyyarələrinin Suriyanın hava məkanından istifadəsinə icazə verilib

Rusiya mülki təyyarələrinin Suriyanın hava məkanından istifadəsinə icazə verilib

Suriya Mülki Aviasiya Xidmətinin rəhbəri Basim Mənsur bəyan edib ki, Rusiya mülki təyyarələrinin ölkənin hava məkanından istifadəsinə icazə verilib.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, Suriya Mülki Aviasiya Xidmətinin rəhbəri Basim Mənsur açıqlamasında bildirib:

"Rusiya Mülki Aviasiya Xidməti Rusiya mülki təyyarələrinin Suriya hava məkanından keçməsinə icazə verilməsi üçün Suriya hakimiyyətinə müraciət edib. Suriya hökuməti də dərhal icazə verib".

Təyyarələr üçün hava dəhlizləri təmin etmək məqsədilə Rusiyadan uçuş cədvəlini istədiklərini və cavab gözlədiklərini qeyd edən Mənsur, uçuş təhlükəsizliyini təmin edəcək gücə sahib olduqlarını qeyd edib.

Hazırda Kipr, İraq, Livan və İordaniyadan olan təyyarələr Suriya hava məkanından tranzit kimi istifadə edə bilər.

Xəbəri paylaş

VİDEOLAR