Rusiya müdafiə naziri Dəməşqdə Suriya prezidenti ilə görüşdü

Rusiya müdafiə naziri Dəməşqdə Suriya prezidenti ilə görüşdü

Rusiya prezidenti Vladimir Putinin göstərişi əsasında müdafiə naziri Sergey Şoyqu Suriya prezidenti Bəşər Əsədlə görüşüb.

Az.rasthaber.com RİA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

"Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu Dəməşqə işgüzar səfər edib. Orada o, Suriya prezidenti Bəşər Əsəd tərəfindən qəbul edilib", - deyə qeyd edilib.

Şoyqu Əsədə Rusiya Hərbi-Dəniz Donanmasının Aralıq dənizinin şərq hissəsində keçirdiyi təlimlər barədə məlumat verib.

Görüş zamanı Rusiya və Suriyanın hərbi-texniki əməkdaşlığı, həmçinin Suriya əhalisinə humanitar yardımın göstərilməsi məsələlərinə toxunulub.

Şoyqu Aralıq dənizindəki hərbi-dəniz təlimlərinin gedişatına da baxış keçirib.

Xəbəri paylaş

VİDEOLAR