Rusiya MN-nin Azərbaycanda etirazlar yaradan xəritəsi yeniləndi - FOTO

Rusiya MN-nin Azərbaycanda etirazlar yaradan xəritəsi yeniləndi - FOTO

Rusiya Müdafiə Nazirliyi (MN) Dağlıq Qarabağda sülhməramlı qüvvələrin olduğu ərazilərin əks olunduğu xəritəyə yenidən düzəliş edib.

Rasthaber Azərbaycan  “virtualaz.org”a istinadən bildirir ki, yeni xəritədə Cəbrayıl rayonunun iki kəndi (Köhnə Tağlar və Çaylaqqala kəndi – red.) yenidən Azərbaycan Ordsunun nəzarətində olan ərazilər kimi göstərilib.

Qeyd edək ki, 1992-ci ilə qədər Hadrut rayonunun inzibati ərazisinə daxil olan, daha sonra Xocavəndin tərkibinə daxil edilən Çaylaqqala və Köhnə Tağlar kəndində gizlənmiş erməni terrorçu dəstələrinə qarşı Azərbaycan ordusu dekabrın 12-də antiterror əməliyyatı həyata keçirib.
13 dekabr xəritəsi

Lakin həmin gün Rusiya sülhməramlı qüvvələri bu kəndlərə daxil olaraq orada postlar qurmuşdu, əsas kimi isə erməni tərəfinin bu iddiası göstərilirdi ki, guya noyabrın 10-da hərbi əməliyyatlar dayandırılanda erməni özünümüdafiə qüvvələri həmin kəndlərdəki mövqelərini qoruyub saxlamışdı.

Rusiya Müdafiə Nazirliyinin sülhməramlı əməliyyatlar zonasını həmin kəndləri də əhatə edəcək şəkildə dəyişdirməsi Bakıda haqlı etirazlara səbəb olmuşdu. Görünür Rusiya tərəfi bu etirazları nəzərə almalı olub.

Hazırda Azərbaycan ordusu Çaylaqqala və Köhnə Tağlar kəndlərinə nəzarət edir. Köhnə Tağlar kəndindəki qeyri-leqal erməni administrasiyasının rəhbəri Edik Ayvazyan (hazırda Yerevandadır) “Azadlıq” radiosunun erməni xidmətinə kənddə keçirilən əməliyyat barədə danışıb. Deyib ki, şənbə günü baş verən döyüşlərdə  8 erməni yaraqlısı yaralanıb. O deyib ki, Azərbaycan xüsusi təyinatlıları kəndə şənbə günü daxil olub. “Onlar kənddən bir kilometr məsafədəki təpələrə gəldilər, kənddən sağdakı və soldakı təpələrə. Kənd dərənin içində yerləşir. Bizimkilər orada mövqe tutmuşdu, kəndin içində də yerləşmişdilər. Azərbaycan xüsusi təyinatlıları dərədən keçərək kəndə daxil oldular və bizimkilərlə döyüşə girdilər”,-o deyib.

 

Qısa döyüşdən sonra kənddəki erməni yaraqlıları zərərsizləşdirilib. Hadrut qəsəbəsindən 35 kilometr məsafədə yerləşən Çaylaqqala kəndində isə Azərbaycan ordusu ətraf yüksəkliklərdə mövqe tutub. Kəndin qeyri-leqal “administrasiyasının” rəhbəri Aleksandr Avanesyan deyib ki, Azərbaycan xüsusi təyinatlıları kəndə daxil oldular, daha sonra ətraf yüksəkliklərdə, erməni mövqelərində yerləşdilər. “Hazırda Rusiya sülhməramlıları ilə azərbaycanlılar arasında danışıqlar gedir”,-Avanesyan dünən belə demişdi.

 

 
 

 

Xəbəri paylaş

VİDEOLAR