Rusiya karantin tədbirlərini tənqid edən "saxta xəbərləri" bloklayacaq

Rusiya karantin tədbirlərini tənqid edən

Prokuoroluq həmçinin bildirib ki, başqa bir saxta videoda şəhərdə sərbəst hərəkət etməyə imkan verən xüsusi keçid sistemi təsvir edilib.

Rasthaber Azərbaycan voa-ya istinadən xəbər verir ki, Rusiya Baş Prokurorluğu cümə günündən başlayaraq yeni koronavirusun qarşısını almaq məqsədilə Moskvanın karantin tədbirlərini tənqid edən sosial mediadakı "saxta xəbərlərə" çıxışı bloklayacağını bildirib.

Moskva rəsmiləri 94 ölüm, 12000 yoluxma halı qeydə alınan hadisənin Rusiyada karantin rejiminə əməl edilib-edilməməsinə nəzarət edən polisə kodları göstərmək üçün QR-kod sistemindən istifadəni planlaşdırır və izləmə tətbqietməsini təqdim edib.

Prokurorluq bildirib ki, bir nəfərin hakimiyyəti “rəqəmsal konsentrasiya düşərgəsi” qurmağa çalışmaqda günahlandırdığı bir videoda dövlət çevrilişinin olacağı barədə yalan məlumat yayılıb.

Prokuoroluq həmçinin bildirib ki, başqa bir saxta videoda şəhərdə sərbəst hərəkət etməyə imkan verən xüsusi keçid sistemi təsvir edilib.

"Baş Prokurorluq yeni koronavirusla əlaqəli vəziyyət haqqında saxta xəbərlərin yayımlandığı məlumat mənbələrinə girişi məhdudlaşdırmaq üçün tədbirlər görməyə davam edir" - deyə, prokurorluğun məlumatında bildirilib. Prokurorluq Roskomnadzor agentliyindən həmin videonu silməsini istəyib.

Keçən il Rusiyanın hökuməti tənqid edən və saxta məlumatlar yayan insanlara qarşı sərt cəzaların tətbiq ediləcəyi barədə qanun qəbul etməsindən sonra prezident Vladimir Putin hökuməti senzuranı artırdığına görə tənqid edilib.

Xəbəri paylaş

VİDEOLAR