Rusiya İsrailin Suriyaya təcavüzünü pisləyib

Rusiya İsrailin Suriyaya təcavüzünü pisləyib

Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirib ki, işğalçı sionist rejimin Suriya ərazisinə endirdiyi hava hücumları qəbuledilməzdir.

Az.rasthaber.com "İslamTimes"a istinadən xəbər verir ki, Nazirliyin bəyanatında, sionist rejimin son iki gündə Tartus vilayətinə endirdiyi hava hücumlarını kəskin şəkildə pisləndiyi qeyd olunub.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova verdiyi açıqlamada deyib ki, Bir daha vurğulayırıq ki, İsrailin Suriya ərazisinə davamlı şəkildə hücumları qəbuledilməzdir. Biz Suriyanın suverenliyini və beynəlxalq qanunlarını pozan bu cür məsuliyyətsiz hərəkətlərin qeyd-şərtsiz dayandırılmasını tələb edir və qətiyyətlə pisləyirik.
Suriyanın rəsmi xəbər agentliyi SANA şənbə günü səhər, işğalçı sionist rejimin Suriyanın “Tartus”unda yeni hərbi təcavüzü barədə məlumat yayıb.
SANA xəbər agentliyi məlumatda bildirib ki, işğalçı rejimin Tartusun cənubundakı Həmidiyyə qəsəbəsindəki mülki obyektləri hədəf alması nəticəsində, biri qadın olmaqla üç mülki Suriya vətəndaşı yaralanıb.

 

Xəbəri paylaş

VİDEOLAR