Rusiya: İsrail təcavüzkar əməllərini dayandırmalıdır!

Rusiya: İsrail təcavüzkar əməllərini dayandırmalıdır!

Rusiya Xarici İşlər Nazirliyi İsrailin İranın Suriyadakı konsulluğuna hücumunu qətiyyətlə pislədiyini, diplomatik və konsulluq obyektlərinə hücumların qəbuledilməz olduğunu bildirib.

Az.rasthaber.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib:

“Biz İranın Suriyadakı konsulluq binasına edilən bu hücumu qətiyyətlə pisləyirik. Biz belə hesab edirik ki, toxunulmazlığı müvafiq Vyana Konvensiyaları ilə təmin edilmiş diplomatik və konsulluq obyektlərinə hər hansı hücum qətiyyən yolverilməzdir”.

Hücumun paytaxtın sıx məskunlaşdığı ərazidə həyata keçirildiyinə və bunun mülki insan itkisi riski yaratdığına diqqət çəkən nazirlik, İsrailin təcavüzkar hərəkətlərinin qəbuledilməz olduğunu və bunun dayandırılmasının vacibliyini vurğulayıb.

Bəyanatda həmçinin vurğulanıb ki, Moskva İsrail administrasiyasını Suriya və digər ölkələrdə bütün regiona təsir edəcək fəsadları olan təxribat xarakterli hərbi əməliyyatlardan əl çəkməyə çağırıb.

Xəbəri paylaş

VİDEOLAR