Rusiya: İsrail muzdluları ukraynalılarla yanaşı döyüşür

Rusiya: İsrail muzdluları ukraynalılarla yanaşı döyüşür

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, “israilli muzdlular” Ukrayna silahlıları ilə çiyin-çiyinə vuruşur.

Məlumata görə, rusiyalı diplomat son müsahibəsi zamanı deyib:
"Ukraynada neo-nazi "Azov" batalyonu ilə birlikdə, İsrail muzdluları da Rusiyaya qarşı  döyüşür..."
Zaxarva əlavə edib:
"Bu gün Rusiyaya qarşı informasiya müharibəsini alovlandırmağa çalışan bəzi  siyasətçilərin bu sözləri eşitmək istəməsi ehtimalı azdır."
Zaxarova sözlərinin davamında deyib:
 "Ukrayna haqda bu məlumat bəziləri üçün maraqlı ola bilər, İsraildən gələn muzdlular Azov batalyonu ilə çiyin-çiyinə Rusiyaya qarşı əməliyyatlar həyata keçirir.
İsrail bu məsələdən xəbərsiz ola bilməz. Mən bu məlumatla bağlı görüntülər və digər materialları görmüşəm."

Xəbəri paylaş

VİDEOLAR