Rusiya İsrailə Fələstinlə bağlı xəbərdarlıq etdi

Rusiya İsrailə Fələstinlə bağlı xəbərdarlıq etdi

Rusiya XİN rəsmisi Mariya Zaxarova bu haqda danışıb

Rasthaber Azərbaycan shafaqna-ya istinadən xəbər verir ki, Rusiya XİN rəsmisi Mariya Zaxarova İsrail rejiminin Fələstin torpaqlarının ilhaqı planına fikir bildirib.

O hesab edir ki, İordan çayının Qərb sahilinə də İsrail hökmranlığını yayma cəhdi problemin həlli perspektivi üzərindən xətt çəkməklə yanaşı, regionda yeni problemlərin yaranamasına da gətirib çıxaracaq.

Rusiyalı rəsmi xatırladıb ki, Rusiyanın Fələstin probleminin həlli ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.

“Biz hesab edirik ki, BMT himayəsi ilə və “kvartetin” (Rusiya, ABŞ, Aİ və BMT) köməyi ilə İsrail və Fələstin arasında birbaşa danışıqların tezliklə bərpasına nail olmaq lazımdır”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, bu danışıqlar problemin həlli üçün lazımdır.

Xəbəri paylaş

VİDEOLAR