Moskva İran və Səudiyyə Ərəbistanı arasında vasitəçi olmağa hazırdır.
Az.rastaber.com APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov Valday klubunun Yaxın Şərq konfransında deyib.
"Biz dəfələrlə Ər-Riyad və Tehrandakı tərəfdaşlarımıza vasitəçiliyimizi, Moskvanı isə görüş yeri kimi rəsmi və qeyri-rəsmi şəkildə təklif etmişik. Bu baxımdan bizim təklifimiz masada qalır", - deyə o vurğulayıb.