Rusiya: İran-ABŞ danışıqları prosesinə kömək etməyə hazırıq

Rusiya: İran-ABŞ danışıqları prosesinə kömək etməyə hazırıq

Rusiya xarici işlər nazirinin müavini deyib ki, Moskva İran və ABŞ-a nüvə danışıqlarında razılığa gəlməyə kömək etməyə hazırdır.

Az.rasthaber.com xəbər verir ki, Ria Novosti-nin məlumatına görə, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bəyan edib ki, Moskva nüvə danışıqları üzrə razılığa gəlmək üçün İran və ABŞ-a dəstək verməyə hazırdır.

Ria Novosti xəbər agentliyinə danışan Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Tehran və Vaşinqton arasında İranın nüvə dosyesi ilə bağlı danışıqların müsbət yekunlaşacağına ümid etdiyini bildirib.

Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Ulyanov bundan əvvəl ABŞ prezidentinin xüsusi nümayəndəsinin “İranın uranı zənginləşdirməyə haqqı yoxdur” iddiasını qəribə hesab etdiyini bildirmişdi.

Xəbəri paylaş

VİDEOLAR