Rusiya ilə müharibə olarsa hər kəs səfərbər ediləcək; kişilər də, qadınlar da

Rusiya ilə müharibə olarsa hər kəs səfərbər ediləcək; kişilər də, qadınlar da

Bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib

Rasthaber Azərbaycan "korespondent" saytına istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, əgər Rusiya Krım tərəfdən “hücum edərsə”, müharibə etməyə hazırdır.

“Mən heç təsəvvür belə etmək istəmirəm. Mən buna qarşıyam. Ümid edək ki, bu, qeyri-mümkündür. Əks halda böyük müharibə olacaq. Biz heç haraya getməyəcəyik, biz vuruşacağıq, hər kəs səfərbər ediləcək – kişilər də, qadınlar da”, – deyə o bildirib.

Zelenskinin sözlərinə görə, vəziyyət Ukrayna əhalisi üçün olduqca ağır olacaq.

O, həmçinin ehtimal da edib ki, Rusiyada bunu gözəl anlayırlar.

Xəbəri paylaş

VİDEOLAR