Rusiya: Hər şeyi İranın üstünə atmaq istəyirlər

Rusiya: Hər şeyi İranın üstünə atmaq istəyirlər

İsrail-Fələstin münaqişəsinin regional münaqişəyə çevrilmək riski olduqca yüksəkdir.

Az.rasthaber.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.

Qəzza sektoruna gəlincə isə, bu böhranın ümumregional münaqişəyə çevrilməsi riski olduqca yüksəkdir“, – deyə o qeyd edib.

Lavrov həmçinin İranın ünvanına səsləndirilən ittihamlara da toxunub.

Hər şeyi İranın üstünə atmaq cəhdlərini müşahidə edirik və bu cəhdləri olduqca təxribatcıl (provokotiv) hesab edirik. İran rəhbərliyi, hesab edirəm ki, olduqca ölçülüb-biçilmiş mövqe tutur“, – deyə o qeyd edib və əlavə edib ki, rəsmi Tehran sözügedən münaqişənin bütün region və ətraf ölkələrə yayılmaması üçün çağırışlar edir.

Xəbəri paylaş

VİDEOLAR