Rusiya, Hindistan və ÇXR Xarici İşlər nazirləri Sergey Lavrov, Subramanyam Cayşankar və Van İ terrorizm və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə gələcək səylərin zəruriliyini müzakirə ediblər.
"Yeni koronavirus infeksiyası pandemiyasının mənfi nəticələrinin aradan qaldırılması, strateji sabitlik, Asiya-Sakit okean bölgəsində dinc və dayanıqlı inkişafın əsası kimi bərabər və bölünməz təhlükəsizlik memarlığın formalaşması mövzusuna xüsusi diqqət yetirilib", - deyə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.