Rusiya Ermənistandakı səfirini geri çağırdı - SƏBƏB

Rusiya Ermənistandakı səfirini geri çağırdı - SƏBƏB

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılıb.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilib.

Rusiya ilə Ermənistan arasında münasibətlər Qarabağda münaqişənin kəskinləşməsi ilə pisləşib. Rəsmi İrəvan Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmalarına baxmayaraq Ermənistanı dəstəkləmədiyini bildirir.
Rusiya isə İrəvanın Avropa ilə əməkdaşlığı inkişaf etdirməsindən narahatdır. 
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan fevral ayında ölkəsinin KTMT-dəki fəaliyyətini dondurub.

Xəbəri paylaş

VİDEOLAR