Rusiya, Çin və Hindistan XİN başçıları görüş keçirəcəklər

Rusiya, Çin və Hindistan XİN başçıları görüş keçirəcəklər

Rusiya, Hindistan və Çinin xarici işlər nazirləri Sergey Lavrov, Subramanyam Cayşankar və Vanq Yinin görüşü keçiriləcək.

Az.rasthaber.com Eastnews.org-a istinadən xəbər verir ki, tədbir noyabrın 26-da videobağlantı vasitəsilə  həyata keçiriləcək.

Bu barədə bu gün Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Litszyan brifinqdə bildirib.

Diplomatın sözlərinə görə, görüş zamanı tərəflər xüsusilə koronavirusla mübarizəni müzakirə edəcək, həmçinin aktual regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Xəbəri paylaş

VİDEOLAR