Rusiya bu ölkələrlə hava əlaqələrini bərpa edir

Rusiya bu ölkələrlə hava əlaqələrini bərpa edir

Rusiya 25 may tarixindən etibarən İslandiya, Malta, Meksika, Portuqaliya və Səudiyyə Ərəbistanı ilə hava əlaqələrini bərpa etdi.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə koronavirus infeksiyasının idxalının və yayılmasının qarşısını alınması üzrə əməliyyat qərargahında məlumat verilib.

Məlumatda deyilir: "Müzakirənin nəticələrinə əsasən və ayrı-ayrı ölkələrdəki epidemioloji vəziyyət nəzərə alınaraq, qarşılıqlı əsasda, 2021-ci il 25 may tarixindən etibarən aşağıdakı dövlətlərlə müntəzəm beynəlxalq uçuşların davam etdirilməsinə qərar verilib: İslandiya (Moskva - Reykyavik həftədə iki dəfə), Malta (Moskva - Valletta həftədə iki dəfə); Meksika (Moskva - Kankun həftədə üç dəfə); Portuqaliya (Moskva - Lissabon həftədə üç dəfə); Səudiyyə Ərəbistanı (Moskva - Ciddə həftədə üç dəfə; Qroznı - Ciddə həftədə bir dəfə; Mahaçqala - Ciddə həftədə bir dəfə)", - mesajda deyilir.

Xəbəri paylaş

VİDEOLAR